Oqtay Şirəliyevin oğlu vəzifəsindən getdi

Oqtay Şirəliyevin oğlu vəzifəsindən getdi

07-02-2019 11:54 / Bu xəbər 477 dəfə oxundu

"Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

Unikal.org xəbər verir ki, M.Şirəliyev işdən ayrılmaqla bağlı ərizə yazıb. 

O, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də  keçirilən iclasında bu qərarını açıqlayıb. 

Şuranın həmin  iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib. 

İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. 

Onun Almaniya şirkəti olan "Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.