“Oyal” şirkəti: Dəftərlər satışdan yığışdırıldı

“Oyal” şirkəti: Dəftərlər satışdan yığışdırıldı

10-10-2017 02:49 / Bu xəbər 2185 dəfə oxundu

İbtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş dəftərlərin üz qabığına Azərbaycan şairi Nizami Gəncəvinin şəkli vurulub və o, "fars epik ədəbiyyatının ən böyük romantik şairi” kimi təqdim olunub.

Fakt sosial şəbəkələrdə və mediada narazılığa səbəb olub.

Meydan TV məsələ ilə bağlı dəftərlərin çapı ilə məşğul olan "Oyal” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, səhvə yol vermiş əməkdaş işdən kənarlaşdırılıb. Həmçinin həmin dəftərlər satışdan yığışdırılıb.

Onu da deyiblər ki, yalnız kitab və dərs vəsaitlərinin çapı üçün Təhsil Nazirliyindən razılıq alınır. Dəftərlər və digər məktəb ləvazimatlarının hazırlanmasına isə nazirlik nəzarət etmir.

Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə şöbə müdiri Şəhanə Sarı da məsələ ilə bağlı yazılı məlumat yayıb. 

Bildirilir ki, dəftərlər üzərindəki məlumatlar "Vikipediya”dan götürülüb.