Paşinyan baş nazir seçildi

Paşinyan baş nazir seçildi

08-05-2018 15:11 / Bu xəbər 3703 dəfə oxundu

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçilib.

APA-nn "Aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan parlamentinin xüsusi iclası keçirilib. 

Səsvermə zamanı 59 deputat "Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri N. Paşinyanın lehinə, 42-si isə əleyhinə səs verib. 

Mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. 

Deputat N. Paşinyan aprelin 13-dən İrəvanda başlayan kütləvi etiraz aksiyalarına rəhbərlik edib. 

Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış ediblər. 

Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefa verib.