Pen Amerika: "Məhkəmənin bu qərarı jurnalistə qarşı təqib kampaniyasının bir parçasıdır"

Pen Amerika:

14-08-2019 12:40 / Bu xəbər 877 dəfə oxundu

Dünyada fikir azadlığını müdafilə edən Pen Amerika təşkilatı Azərbaycanın Ali Məhkəməsinin araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı vergidən yayınma ittihamını qüvvədə saxlaması ilə bağlı bəyanatla çıxış edib.

Təşkilat bildirib ki, Pen Amerika Yazmaq Azadlığı mükafatının laureatı olan Xədicə İsmayılova araşdırmalarına görə qisas olaraq, saxta məhkəmə ittihamları ilə qarşılaşmağa davam edir.

"Ali Məhkəmənin bu, açıqcasına siyasi qərarı Əliyev hökumətinin Xədicə İsmayılovaya qarşı amansız təqib kampaniyasına yanlış olaraq hüquqi əsas vermis olur” - deyə Pen Amerika təşikilatının İfadə Azadlığı Riskdədir proqramının direktoru Karin Döyç Karlekar bəyanatında bildirib.

"Xədicə həbsxanadan azad edildiyi üç ildən çox müddətdə izlənmə, səfər qadağası, maliyyə məhdudiyyətləri və onu susdurmağa məcbur etdirmək məqsədilə digər təqiblərlə qarşılaşır. Biz rəsmiləri bu gülünc ittihamları ləğv etməyə və Xədicənin tam hərəkət azadlığı və işini davam etdirməsinə imkan verməyə çağırırq”,  - bəyanatda bildirilir.

Pen Amerika təşkilatının bəyanatında deyilir ki, Azərbaycan dünyada ifadə azadlığı üçün ən böyük məhdudiyyətlərin tətbiq edildiyi ölkələrdən biridir. 20-dən çox yazar və fəal hazırda həbsdədir, mühakimə olunub, həbsxanaya salınıb, başqaları isə mütəmadi olaraq təhqir, hədə və zorakılıqla qarşılaşır.

Təşkilat bildirilir ki, beynəlxalq miqyasda tanınmış araşdırmaçı jurnalist olan Xədicə İsmayılova 2010-cu ildən Azərbaycanın hakim ailəsinin qeyri-etik biznes sövdələşmələri haqda məlumat verir. Hökumət ona qarşı bir il sürən böhtan kampaniyasından sonra 2014-cü ilin dekabr ayında onu "intihara təhrik etmə” və iqtisadi cinayətlərdə ittiham edərək həbs edib.

"18 ay həbsdə olduğu müddətdə Xədicə İsmayılova 2015-ci ildə Pen/Barbara Qoldsmit Yazmaq Azadlığı Mükafatı, eləcə də bir sıra başqa yüksək mükafatlara layiq görülüb. Xədicə İsmayılova sınaq müddətinə buraxılıb və çox sayda fəal və insan hüquqları təşkilatları tərəfindən geniş tənqid edilən məhkəmədən sonra şərti cəzaya məhkum edilib", - Pen Amerika təşkilatı bildirir.