Pərviz Əzimovun kitabı çap olundu

Pərviz Əzimovun kitabı çap olundu

24-05-2016 15:25 / Bu xəbər 1355 dəfə oxundu

Azərbaycanda ilk dəfə Rəqəmsal Marketinq mövzusunda kitab çap olunub. 

Kitabın müəllifi Pərviz Əzimovun verdiyi məlumata görə kitab rəqəmsal marketinq sahəsində yeni çalışanlar üçün bələdçi rolunu oynayacaq: "Kitab ümumilikdə 3 əsas mövzu və 20-dən çox yardımçı mövzulardan ibarət olacaq. 3 əsas mövzu – Google Adwords, SMM (Sosial Media Marketinq) və Affiliate marketinqdir.

Məsələn, hər 3 əsas mövzunun yazılma mexanizmi elə qurulub ki, oxucu mövzunu və onun köməkçi bölmələrini oxuyandan sonra qeyd olunan platformalarda öz rəqəmsal reklamlarını çox rahat şəkildə aktivləşdirə bilər.

Kitabın yazılmasında da məqsəd məhz bu idi ki, kitabı oxuyan istənilən şəxs rəqəmsal marketinq platformalarında sərbəst işləyə bilsin. Buna görə tam əminliklə deyə bilərəm ki, kitabı oxuyanlar rəqəmsal platformalarda reklamlarını yarada, onları idarə edə, strategiyalar hazırlaya, hədəf qruplarını müəyyənləşdirə, analizlər apara bilər".

Qeyd edək ki, Pərviz Əzimov 2013-cü ilə qədər uzun müddət həm də müxtəlif media qurumlarında fəaliyyət göstərib. Müəllif 4 ilə yaxındır ki, bir çox şirkətlərdə Marketinq və xüsusən Rəqəmsal Marketinq mütəxəssisi kimi çalışır.

Arqument.az