Polis leytenantı kabinetində özünü öldürüb

Polis leytenantı kabinetində özünü öldürüb

19-07-2019 16:27 / Bu xəbər 1220 dəfə oxundu

İyulun 18-də saat 21 radələrində Sumqayıt şəhər I polis bölməsinin baş leytenantı Rəhman Hüseynli intihar edib.

Bu barədə Meydan TV-ni məlumatlandıran mənbə bildirib ki, 1995-ci il təvəllüdlü polis zabiti tabel silahıyla baş nahiyyəsinə atəş açaraq özünü öldürüb. 

İddia olunur ki, Rəhman Hüseynlinin intiharına səbəb mənzilini qumarda uduzması olub. Onun yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Report.az polis zabitinin ehtiyatsızlıqdan xidməti kabinetində özünü öldürdüyünü yazıb.

Meydan TV DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlamağa cəhd edib. 

Xidmətin əməkdaşı Orxan Mansurzadə işdə olmadığından sualı cavablandıra bilməyəcəyini deyib.