Polis polkovnikinin oğlu intihar edib

Polis polkovnikinin oğlu intihar edib

11-07-2019 16:36 / Bu xəbər 1268 dəfə oxundu

Gəncin özünü beşinci mərtəbədən atdığı bildirilir

Bakının Nərimanov rayonu, Ağa Neymətulla küçəsində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, həmin ünvanda yaşayan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu özünü beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. 

O.Ağayev hadisə yerində ölüb.

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.///Meydan.tv