Polis rəisi nöqsanlara görə vəzifəsindən kənarlaşdırıldı
26-06-2019 16:26 / Bu xəbər 852 dəfə oxundu
Samux rayon Polis Şöbəsinin rəisi polkovnik Akif Nəbiyev vəzifəsindən azad edilib.
Oxu.Az-ın məlumatına əsasən, A.Nəbiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi işində yol verdiyi nöqsan göstərilir.
A.Nəbiyev sərəncama götürülüb.
A.Nəbiyev 2011-ci ildən bu vəzifəni yerinə yetirib.