Poroşenko hərbi vəziyyətlə bağlı fərman imzalayıb

Poroşenko hərbi vəziyyətlə bağlı fərman imzalayıb

26-11-2018 19:12 / Bu xəbər 1796 dəfə oxundu

Hərbi vəziyyət bu gündən qüvvəyə minir və 60 sutka ərzində davam edəcək

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya və Ukrayna gəmiləri arasında Kerç boğazında baş vermiş münaqişədən sonra ölkədə hərbi vəziyyətin elan olunması haqda fərman imzalayıb. Sənəd dövlət başçısının rəsmi səhifəsində dərc edilib.

Məlumatı novayagazeta.ru yayıb. 

Hərbi vəziyyət bu gündən qüvvəyə minir və 60 sutka ərzində - 2019-cu il yanvarın 25-dək davam edəcək.

Hərbi vəziyyətin tətbiqinə dair qərar buna qədər ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə razılaşdırılıb. MTMŞ-nın qərarını bu gün Ali Rada dəstəkləyəcək.

Noyabrın 25-də Rusiya qüvvələri Krım yarımadası yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açıb.

Hadisədən sonra Hərbi Şuranın toplantısında prezident Petro Poroşenko hərbi vəziyyətin tətbiqini dəstəklədiyini bildirib. Ancaq bu heç də Ukraynanın hücum əməliyyatları aparacağı anlamına gəlmir.

Ukrayna mediasının məlumatına görə, Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroşenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb.

Bildirilib ki, Kiyev nə saxlanmış gəmilərlə, nə də dənizçilərlə əlaqə yarada bilir.

İnsidentdən öncə Rusiya Ukraynanın 3 gəmisinin Qara Dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi.