Poroşenko Lukaşenkodan üzr istədi

Poroşenko Lukaşenkodan üzr istədi

11-11-2016 00:55 / Bu xəbər 1524 dəfə oxundu

Ukrayna prezidenti Pyotr Poroşenko "Belavia" aviaşirkətinə məxsus mülki təyyarə ilə bağlı insidentə görə belaruslu həmkarı Aleksandr Lukaşenkodan üzr istəyib.

"Report" xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətinə istinadən "BelTA" məlumat yayıb.

Poroşenko həmkarına günahkarların cəzalandırıldığı bildirib.

Ukrayna tərəfi oktyabrın 21-də Kiyev aeroportundan uçan Belarusa məxsus "Boeing" təyyarəsini sərhədi keçməmiş paytaxta geri qaytarıb və pilotları əks təqdirdə havaya döyüş təyyarələrinin qaldırılacağı ilə hədələyib.

Arqument.Az