Prezident Valyuta Fondunun təmsilçisi ilə islahatlardan danışdı

Prezident Valyuta Fondunun təmsilçisi ilə islahatlardan danışdı

13-09-2017 14:36 / Bu xəbər 1275 dəfə oxundu

Prezidenti İlham Əliyev sentyabrın 13-ü Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun (Jihad Azour) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Azərbaycanla BVF arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu deyib.

O, qonağa islahatlardan danışıb.

İ.Əliyev deyib ki, biznes mühitinin və sərmayə qoyuluşunun asanlaşdırılmasından ötrü işlər görülür.

"2017-ci il maliyyə sabitliyi ili idi, qarşıdakı 2018-ci ildə isə iqtisadi artımın təmin edilməsi ilə bağlı təsirli tədbirlər görülür”, – deyə İ.Əliyev bildirib.

Xəbərə görə, C. Azur da öz növbəsində müəyyən dəyərləndirmə aparıb: "Manatın möhkəmləndirilməsi, büdcənin yığcamlaşdırılması prosesinin davam etdirilməsi və ölkə iqtisadiyyatında struktur islahatlarının həyata keçirilməsi istiqamətində görülən işlər çox önəmlidir”.

Departament rəhbəri xüsusi vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi çox vacibdir.