Prezidentin Lənkəran səfəri - Məmurun obyekti sahibkarın obyekti kimi təqdim edilib?

Prezidentin Lənkəran səfəri - Məmurun obyekti sahibkarın obyekti kimi təqdim edilib?

19-09-2017 11:36 / Bu xəbər 4022 dəfə oxundu

Prezidentin Lənkərana son səfəri zamanı açılışını etdiyi obyektin məmurlardan birinə məxsus olduğu iddia olunur. 

Bu barədə anaxeber.az saytı məlumat yayıb.

Məlumata görə, ölkə başçısının Lənkəranda açılışını etdiyi "Xəzər Palace” hoteli Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimova məxsusdur. Lənkəranın Kənarmeşə ərazisində tikilən nəhəng "Xəzər Palace” istirahət mərkəzinin hoteli də bu il istifadəyə verilib. 

"Maraqlıdır ki, milyonluq layihənin memarı olan M.Rəhimovun obyektinin lentini kəsən prezidentə bu məkanın kimə aid olduğu deyilməyib. İddialara görə, bu biznesdə iş adamı Mübariz Məsimovun da iştirakı var. Sadəcə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının vacibliyini qeyd edən prezident İlham Əliyevə oliqarxlaşmış məmurun tikdirdiyi hoteli təqdim edirlər. Faktiki olaraq, Lənkəranda müstəqil sahibkar yoxdur ki, belə bir bahalı proyekti həyata keçirsin.  Ona görə də Lənkəranın icra başçısı Taleh Qaraşov prezidentə ayrı-ayrı məmurlara aid obyektləri göstərməklə rayonda iş getdiyi təəssüratı oyatmağa çalışıb. İ.Əliyevin çay plantasiyalarında, çayçılıq təsərrüfatlarında keçirdiyi görüşlər də göstərdi ki, Lənkəran Rayon İcra Hakimiyyəti heç bir iş görməyib", - sayt yazır. 

Məlumatda deyilir ki, Qaraşov ayrı-ayrı adamların işlərini RİH-nin ayağına yazaraq özünü işləyən icra hakimi kimi təqdim etmək istəyib. "Xəzər Palace” istirahət mərkəzinə gəlincə, M.Rəhimovun BDYPİ-də nömrə biznesindən, "prava” satışından qazandığı pullar hesabına araya-ərsəyə gəlib. Üstəlik, həmin obyekt Lənkəranın ən bahalı yerlərindən biridir. Yeri gəlmişkən, dövlət rüsumu 18 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 18-20 min manat dəyərindədir. Nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə. Yəni vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girməyə gərək yoxdur. Elə qapıdaca Aydın adlı köməkçiyə yaxınlaşıb, onunla məsələni həll etmək mümkündür...

Məlumatlarda iddia olunur ki, şöbənin rəis müavini artıq OO seriyası ilə başlayan nömrələrə qiymət də müəyyən edib. Həmin cədvəl isə belədir: 
- 10 OO 020 (30, 40, 50, 60, 70, 80, 90) dövlət nömrə nişanlarının qiyməti hazırda 20-25 min manat təşkil edir; 
- 10 OO 002 (3, 4, 5, 6, 7, 8, 9) dövlət nömrə nişanları 80-100 min manat aralığında qiymət dəyişdirir; 
- 10 OO və sonluğu sadə rəqəmlərlə bitən dövləğ nömrə nişanlarının qiymətləri isə xeyli aşağıdır. Məsələn, 10 OO 784, 871 və sairə nömrələr «bazar»da 4500-5000 manat aralığında qiymət dəyişdirir.
- 10 OO 022 (33, 44, 55, 66, 77, 88, 99) dövlət nömrə nişanları üçün müəyyən edilmiş qiymət 4500-5000 manat aralığndadır. 
- 10 OO 200 (300, 400, 500, 600, 700, 800, 900) dövlət nömrə nişanlarına gəldikdə isə Müşfiq Rəhimov bunun üçün 50 min manat qiymət müəyyən edib.

Mətbuatda gedən xəbərlərdə o da iddia olunur ki, Müşfiq Rəhimov keçmiş MTN-lə də əlaqələri olub. Belə ki, o, MTN-nin hansı yüksək çinli zabiti ilə «Nar Şərab» restoranında görüşüb, bu nazirliyə bahalı nömrələrin satışı ilə əlaqədar adı ortalıqda hallanan MTN-in əsas fiquruna kömək edib. 

Məlumatına görə, prezidentin səfərindən öncə Qaraşov şəhərin yollarını Lənkəranda asfalt zavodun müdiri Raqub Məmmədova təmir etdirib. "Böyük bazar" ərazisinin palçıqlı, bərbad yolunu da rayonun baş həkimi Ağabala Kəlbiyevin boynuna qoyaraq düzəltdirib.///anaxeber.az