“Prezidentin və komandasının belə bir göstəriş vermə hüququ yoxdur" - Natiq Cəfərli

“Prezidentin və komandasının belə bir göstəriş vermə hüququ yoxdur

11-11-2016 15:06 / Bu xəbər 3229 dəfə oxundu

"Trampın komandasının fikri ondan ibarətdir ki, faiz dərəcələri aqressiv şəkildə artırılmalıdır. Bu, təbii ki, Federal Rezerv sisteminin növbəti iclaslarında nəzərə alınacaq, amma nə prezidentin, nə də onun komandasının belə bir göstəriş vermə hüququ var". 

Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırması ilə bağlı fikirlərini şərh edərkən deyib. 

Onun sözlərinə görə, FED quruluşu və qərarvermə mexanizmi ilə prezidentin kim olmasının birbaşa əlaqəsi yoxdur: "Amerikada sistem bir az fərqli çalışır. FED uçot dərəcəsinin qaldırılması ilə bağlı əvvəlcədən siqnal vermişdi. Ona görə də dekabrın 14-15 də keçiriləcək iclasda belə bir qərarın verilməsi gözləniləndir. Gələn ildə 2017-ci ildə bir neçə dəfə faizin artırılması yenidən gündəmə gələ bilər. Bunun təbii ki, dünyaya və ölkəmizə təsiri müxtəlifdir. Dünyaya təsiri qiyməti kağızlar bazarına, həm də valyuta bazarına olacaq. Azərbaycanda qiymətli kağızlar bazarı olmadığına görə bizə təsiri tək dolların dünyada bahalaşmasına və neftin qiymətində ucuzlaşmalarla bağlı olacaq. Çünki Azərbaycan bu iki faktordan asılıdır və dünyda dollar bahalaşdıqca Azərbaycan manatına da təsiri olacaq, həmçinin neftin qiyməti uczlaşdıqca bu, yenə də manata təsir göstərəcək. Hər iki istiqamətdə təsir manatın yenməsinə gətirib çıxaracaq. Mərkəzi Bankın dünənki açıqlamasında da görünür ki, hökumət manatın kəskin devalvasiyaya getməsini istəmir. Bu da doğru yanaşmadır. Yüngül addımlarla məzənnənin az-az dəyişməsi və manatı zəifləməsi baş verəcək”.
FED ile ilgili görsel sonucu

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, dekabrda Amerikanın Mərkəzi Bankı funksiyasını icra edən FED-in iclası keçiriləcək və nəzərdə tutulub ki, uçot dərəcələri qaldırılsın: "Sentyabrda və noyabrda keçirilən iclaslarada qeyd edildi ki, uçot dərəcələrinin qaldırılması bir o qədər real deyil, amma dekabrda qaldırıla bilər. Yəni istər Tramp, istərsə də Klintonun seçilməsi uçot dərəcələrinin qaldırılmasına elə də təsir etmir. Qeyd etmək istəyirəm ki, FED hakimiyyətdən asılı qurum deyil, müstəqil qurumdur. Kimin prezident seçilməsi onların qərarına heç bir təsir etmir. Onlar əgər münasib bilsələr, dekabrda uçot dərəcələrini qaldıracaqlar, yox əgər bilməsələr, qaldırmayacaqlar. Düzdür, dekabrda uçot dərəcələrinin qaldırılması ehtimalı yüksəkdir, amma 100%-lik deyil. Bu, Amerika iqtisadiyyatının bir sıra göstəricilərindən asılıdır, xüsusən də inflyasiya səviyyəsi 2%-ə çatmalıdır. İndi 1.5-ə çatıb və gözlənilir ki, 2%-ə çatsın. İşsizlik səviyyəsi və s. kimi iqtisadi göstəricilərin hesabına FED qərar verə bilər ki, uçot dərəcələri dəyişsin. Ona görə də indi Tramp və müşaviri belə fikir bildirə bilər, lakin mən yenə deyirəm ki, bu qərarı FED verəcək və buna prezidentin kim olmasının heç bir təsiri yoxdur”. 
Samir Əliyev arqument.az ile ilgili görsel sonucu
Samir Əliyev

İqtisadçı ekspert Nazim Bəydəmirli isə məsələyə belə yanaşıb: "Federal Rezerv sisteminin uçot dərəcələrinin qaldırılması dolların bahalaşması deməkdir. Dollar təkcə ödəniş vasitəsi yox, həm də digər ölkələr üçün əmtəə sayılır. Yəni alqı-satqı predmetidir. Ən böyük markalardan, brendlərdən biridir. O baxımdan ABŞ əgər valyutanın uçot dərəcəsini qaldırırsa, deməli, digər ölkələr onu daha baha qiymətə alacaq və bu da  öz növbəsində  digər ölkələrin milli valyutasını dəyərsizləşdirəcək.  Bizim ölkəmiz üçün də bunu təsiri birbaşadır, çünki bizim xarici ticarətin 75-80 %-i ABŞ dollarındadır. Bu da bütün dünyada öz təsirini göstərəcək”.
Nazim Bəydəmirli

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) fəaliyyətini ciddi tənqid edib. 

Apa-nın xəbərinə görə, Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil. Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür: "FED müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq".

O həmçinin bildirib ki, FED dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: "FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var".
 
Müşavir qeyd edib ki, FED ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan  biridir.

D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: "Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar".

Gülzar Məmmədli