Professorun oğlu dələduzluqda təqsirləndirilir

Professorun oğlu dələduzluqda təqsirləndirilir

19-06-2017 18:31 / Bu xəbər 1287 dəfə oxundu

Emin Quliyevin məhkəmə prosesi başlayıb

Alim Vaqif Quliyevin şirkət rəhbəri olan oğlu dələduzluqda təqsirləndirilir.

Meydan TV-nin məlumatına görə, iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Quliyevin məhkəmə prosesi başlayıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

İttihama görə, E. Quliyev "İG Academy” xaricdə təhsil şirkətinin rəhbəri olub. O, bir neçə nəfərə xaricdə təhsil alması üçün xidmətlər göstərəcəyini vəd edərək dələduzluq edib. Onun 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.

E.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.