Psixoloq Dəyanət Rzayev intihar etdi - YENİLƏNİB

Psixoloq  Dəyanət Rzayev intihar etdi - YENİLƏNİB

26-01-2017 01:20 / Bu xəbər 3929 dəfə oxundu

Psixoloq Dəyanət Rzayev intihar edib.
 
Lent.az-ın  məlumatına görə, o, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub.  Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub. 
 
Faktı  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər.  Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.
 
 
***
 
Psixoloq Dəyanət Rzayev intihar edib.
 
Lent.az-ın  məlumatına görə, o, bir neçə saat öncə özünü yaşadığı evin balkonundan ataraq intihar edib.
 
 
Faktı  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən lent.az-a təsdiqləyiblər.  

Şöbədən bildirilib ki, D. Rzayevin cəsədi az əvvəl ora gətirilib.