Putin Azərbaycana gəlir

Putin Azərbaycana gəlir

10-09-2018 19:31 / Bu xəbər 2356 dəfə oxundu

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də səfər edəcək.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.

"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin Rusiya liderinin sentyabrın 25-də Bakıya səfəri çərçivəsində işgüzar görüş keçirəcəklər. Görüşdə tərəflərin sentyabrın 1-də Soçidə baş tutan görüşü zamanı razılaşdırdıqları və ya vaxt tapıb haqqında bəhs edə bilmədikləri məsələlər nəzərdən keçiriləcək", - L.Kalaşnikov deyib.