Putin Azərbaycana səfərə gəlib

Putin Azərbaycana səfərə gəlib

27-09-2018 17:41 / Bu xəbər 2025 dəfə oxundu

Rusiya prezidenti Cüdo üzrə Dünya çempionatının final yarışlarını izləyir

Rusiya prezidenti bu gün Azərbaycana birgünlük işgüzar səfərlə gəlir.

Bakı aeroportunda onu Baş nazirin müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılıyıblar.

Bakıya səfərini V.Putin Bakı gimnastika arenasında keçirilən Cüdo üzrə Dünya Çempionatını izləməklə başlayıb.

Yarışları Azərbaycan prezidenti İlham Əliyev də izləyir.

V.Putin və İ.Əliyevin Bakıda keçirilən Azərbaycan-Rusiya regionlararası forumunda iştirakları da gözlənilir.

Günün sonunda V.Putin Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə yola düşməsi gözlənilir. Orada MDB sammiti keçiriləcək.