“Putin beş ilədək bu 5 qonşusunu işğal edəcək…” — Mixail Saakaşvili

“Putin beş ilədək bu 5 qonşusunu işğal edəcək…” — Mixail Saakaşvili

28-09-2019 18:43 / Bu xəbər 1614 dəfə oxundu

Putin 2024-cü ilə qədər Sovet İttifaqını bərpa etmək qərarına gəlib.

Bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. 

"İnterfaks”ın məlumatına görə, Saakaşvili Rusiyanın Ukraynanın əsas hissəsi də daxil olmaqla, Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu ilhaq etməyi planlaşdırdığını bildirib.

M.Saakaşvili bunu növbəti seçkiyə qədər Putinin əsas hədəfi adlandırıb.

Gürcüstanın keçmiş lideri bu məlumatı haradan əldə etdiyini açıqlamayıb.

Saakaşvili vurğulayıb ki, Gürcüstana qarşı böyük sui-qəsd var. Belə ki, Gürcüstan hökuməti Rusiya rəhbərliyi ilə danışıqlar aparır, Tiflisin heç bir zaman NATO və Avropa Birliyinə qoşulmayacağını elan etmək istəyir”.(Nsa.ge)