Putin Ərdoğanla zarafat etdi

Putin Ərdoğanla zarafat etdi

04-09-2016 10:15 / Bu xəbər 1891 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla görüşdə bu ölkənin kəşfiyyat xidmətinin rəhbəri Hakan Fidanla bağlı zarafat edib. 

Ərdoğan öz nümayəndə heyətinin üzvlərini təqdim edəndə Rusiya lideri belə reaksiya bildirib: "Əgər kəşfiyyat xidmətinin rəhbəri varsa, onda biz nədən danışacağıq, yəqin ki, sizə hər şeyi məruzə edib”.

G20 sammiti Çinin xançjou şəhərində sentyabrın 4-5-də keçiriləcək. Putinin sammit çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşü baş tuta bilər. //modern