Putin jurnalistə görə 2 polis generalını işdən azad edib

Putin jurnalistə görə 2 polis generalını işdən azad edib

13-06-2019 17:01 / Bu xəbər 966 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin "Meduza” internet-qəzetinin jurnalisti İvan Qolunov işinə görə 2 polis generalını tutduğu vəzifədən uzaqlaşdırıb.

TASS yazır ki, məlumatı bu gün Kremlin mətbuat xidməti yayıb.

İşdən azad edilənlər kimlərdir: İvan Qolunova qarşı cinayət işi açan general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Moskvanın Qərb administrasiyası dairəsinin rəisi Andrey Puçkov və general-mayor, Rusiya Daxili İşlər Nazirliyinin Narkotik maddələrin dövriyyəsinə nəzarət üzrə Moskva idarəsinin rəisi Yuri Devyatkin vəzifədən uzaqlaşdırılıb.

Bundan öncə ölkənin daxili işlər naziri Vladimir Kolokoltsev dövlət başçısından Qolunov məsələsi ilə əlaqədar 2 generalı vəzifədən azad etməyi xahiş edib. Kolokoltsev jurnalistə qarşı ittihamın sübut tapılmaması səbəbilə ləğv edildiyini açıqlayıb.

Nə baş verib: Meduzanın araşdırmaçı jurnalisti İvan Qolunov 6 iyunda saxlanılıb. Jurnalist narkotik maddələri hazırlamaq və satmaqda ittiham edilib. İttiham təsdiqini tapdığı halda İvan Qolunovu 10 ildən 20 ilə qədər həbs cəzası gözləyirdi. "Meduza” isə əmin idi ki, jurnalist peşə fəaliyyətinə görə həbs edilib. Əvvəlcə ev dustaqlığına məhkum edilən jurnalist dünən sərbəst buraxılıb.

İyunun 11-də İvan Qolunova qarşı açılan cinayət işinə xitam verilib.