Putin MDB ölkələrini dollardan imtinaya çağırır - PLAN

Putin MDB ölkələrini dollardan imtinaya çağırır - PLAN

02-09-2015 01:15 / Bu xəbər 1227 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin MDB ölkələri ərazisində xarici valyutaların işlədilməsi ilə bağlı qanun layihəsi təklif edib. 

Arqument.az xəbər verir ki, qanun sözügedən ölkələrdəki bütün hesablamalara şamil olunur. 

Qanun layihəsi keçmiş Sovet İttifaqı ölkələrində yalnız milli valyuta və rublun istifadəsini nəzərdə tutur. Belə ki, adıçəkilən ölkələrin hamısı bütün nağd hesablamaları milli valyuta və ya rublla aparacaq. 

Prezident hesab edir ki, bu qanun layihəsinin yardımı sayəsində dollar və avronun kursu sayəsində stabil qalmayan rubla qarşı maneə aradan qaldırılacaq. 

Bununla yanaşı, Putin hesab edir ki, rublla aparılan bütün əməliyyatlar MDB ölkələri üçün də rahat olacaq. 

Həmin qanun layihəsi sayəsində Putin milli valyuta bazarının likvidasiyasını böyütməyə ümid edir.

Arqument.Az