Putin Rusiya pasportları ilə bağlı fərman imzaladı

Putin Rusiya pasportları ilə bağlı fərman imzaladı

02-05-2019 14:28 / Bu xəbər 1288 dəfə oxundu

Prezident Vladimir Putin Ukraynada yaşayanlar və sovet dövrü mühacirlərinin Rusiya pasportu və vətəndaşlığı almasını sürətləndirməklə bağlı fərman imzalayıb

Fərman mayın 1-də Kremlin vebsaytında dərc olunub. Bir həftə öncə isə Putin Ukraynanın şərqində yaşayanların Rusiya pasportu almasını sadələşdirən fərman vermişdi.

Yeni fərmanla Ukrayna vətəndaşları və uşaqlarının Rusiya pasportu alması sadələşdirilir. Bu, vaxtilə Krımda yaşamış, Rusiya 2014-cü ildə yarımadanı ilhaq etməzdən öncə köçüb getmiş şəxslərə də aiddir.

Sovet vaxtı Krımdan getmiş şəxslərin törəmələri, qohumları da Rusiya pasportlarını əldə edə biləcəklər. Onların çoxu sovet diktatoru Josef Stalinin əmriylə 1944-cü ildə Özbəkistana deportasiya olunublar.

Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən bir neçə gün sonra Putin Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarında yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran fərman imzaladı. Ukrayna və Qərb bu addımı kəskin pislədi.
 
Azadliq.org