Putinin Bakıya səfərinin vaxtı açıqlanıb

Putinin Bakıya səfərinin vaxtı açıqlanıb

26-09-2018 18:42 / Bu xəbər 1051 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana gələcək. Bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putin Bakıya cümə axşamı səhər gələcək. O, IX Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edəcək.

"İki dövlət başçısı regionların rəhbərləri ilə görüşəcəklər, çıxış edəcəklər. Ancaq bundan öncə prezidentlər hazırda Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatı çərçivəsində bəzi yarışlara baxacaqlar", - TASS D.Peskovdan sitat gətirib.