Qabonun neft paxmeli... - Natiq Cəfərli

Qabonun neft paxmeli... - Natiq Cəfərli

13-12-2016 23:35 / Bu xəbər 2407 dəfə oxundu

Natiq Cəfərli
REAL-ın İcra katibi 

23 il YAP hakimiyyətindən, 130 mlrd. dollar neft pullarından sonra müzakirə edilən mövzular və problemlər olaraq sürətlə 90-cı illərə qayıdırıq: qara valyuta bazarı, işıq və qaz kəsildi, su gəlmir, kanalizasiya işləmir, inflyasiya və qiymət artımı, işsizlik, kasıbçılıq...

10 il öncə, neft pullarının fontan vurmağa başladığı dövrdə "day az" saytının "politforumunda" mövzu açmışdıq: "Qabonun neft paxmeli" (Нефтяное пахмелье Габона).

Hökumətə xəbərdarlıq edirdik ki, sizin yolun analoqu var, özünüzü aldadıb "analoqu olmayan" deməyin.

Qabonda da 80-ci illərdə 10 il neft bumu yaşandı, ölkə adambaşına şampan şərabı istehlakına görə dünyada 1-ci yerdə idi.

2 mərtəbəli villaların qiyməti 10 mln. dollara qalxmışdı.

Camaat ancaq "cip" sürürdü, sonra neft bitdi, şampan şərabı tükəndi, 10 mln. dollara olan villalar 10 min dollara düşdü və bu gün Qabon BMT-dən ərzaq yardımı alaraq dolanan ölkə halına gəldi...

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.