Qafqaz Universitetinin taleyi necə olacaq?

Qafqaz Universitetinin taleyi necə olacaq?

18-01-2017 18:26 / Bu xəbər 1529 dəfə oxundu

"Vergilər" qəzeti Qafqaz Universitetinin ləğv olunması ilə bağlı məlumat yayıb. 

Universitetin rektoru da açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.

Maraqlıdır, Qafqaz Universitetinin fəaliyyəti niyə dayandırıldı? 

Toplum TV olaraq məhz bu suala yadınlıq gətirməyə çalışdıq. 

Şəmsəddin Hacıyev: "Müəllimlər, texniki heyyət işlə təmin olunsun”.
Deputat Şəmsəddin Hacıyev ile ilgili görsel sonucu
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü deputat Şəmsəddin Hacıyev bu xəbəri dünən eşitdiyini və bu mövzuda ətraflı məlumata malik olmadığını deyib: "Ümumilikdə deməzdim, amma Azərbaycanın özəl ali məktəbləri içərisində ən güclülərindən biri Qafqaz Universitetidir. Əgər təsisçi qapadıbsa, hüquqi şəxs odur, indi də qapadır. Yəqin ki, yeni bir universitet yaranacaq və orada işləyən işçilər, müəllimlər işlə təmin olunacaq. Xüsusilə də bizi ən çox narahat edən işçilərin və tələbələrin taleyidir. Tələbələr ixtisaslarına uyğun digər dövlət və özəl ali məktəblərə köçürülə bilərlər. Yəqin, belə olacaq". 

Əjdər Ağayev: "Qafqaz Universiteti yeni formatda fəaliyyət göstərəcək”
Картинки по запросу əjdər Ağayev
Təhsil eksperti Əjdər Ağayev isə "Qafqaz" Universitetinin formatında bəzi dəyişikliklər edilərək fəaliyyətinə davam edəcəyini bildirib: "Təsisçi Beynəlxalq Təhsil Mərkəzidir. Neft şirkətinin "Beynəlxalq Təhsil Mərkəzi” var. Bu "Beynəlxalq Təhsil Mərkəzi” "Ali Neft Məktəbi”ni də, Qafqaz Universitetini də idarə edib, təsisçi rolunda çıxış edir. Təsisçi "Qafqaz"ı öz əmri ilə bağlayıb. Amma düşünürəm ki, bu bağlanma çölə atılma deyil. Bu bağlanma yeni forma, yeni idarəçilik sisteminin tapılması və təhsil fəaliyyətinin davam etdirilməsi ilə nəticələnə bilər. Yəni yeni yanaşmada fəaliyyət göstərə bilər. Bəzi universitetlər kimi "bağlandı, açıldı, ora getsin, bura getsin", - hələlik belə məsələlər yoxdur. Konkret şəkildə fəaliyyətini necə davam etdirəcəyi bəlli deyil, amma gözlənilir ki, fəaliyyətini davam etdirəcək. Yəni yeni yanaşmada, yeni formatda, müsabiqə ilə seçilmiş müəllimlərlə fəaliyyət göstərəcək”.

Alya Ağayeva: "Qafqaz Universiteti dövlət universitetinə çevrilir”

Qafqaz Universitetinin 4-cü kurs tələbəsi Alya Ağayeva isə tələbə olaraq, baş verənlərə görə üzüldüyünü deyib: "İstəməzdim ki, dövlət universiteti olsun. Biz müəllimlərdən soruşduq, dedilər ki, Qafqaz Universitetin demək olar ki, hər şeyi elə yerindəcə qalır, sadəcə olaraq, dövlət universitetinə çevrilir. Heç bir köçürülmə filan yoxdur, sadəcə, rəsmi qərar olaraq dövlət universiteti oldu. Bəzi saytlarda yalnış məlumatlar verilib. Hadisələrin gedişatından biləcəyik ki, proses nə ilə nəticələnəcək”. 
Qeyd edək ki, "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən Qafqaz Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.

Əli Zeynallı