Qalmaqallı məmur oğlu ilə bağlı daha bir xəbər

Qalmaqallı məmur oğlu ilə bağlı daha bir xəbər

11-01-2017 01:47 / Bu xəbər 1775 dəfə oxundu

Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovla bağlı yeni məlumat yayılıb. 

Arqument.Az-a verilən məlumatda deyilir ki, 15 ildən artıq müəyyən rayonlarda RİH başçısı vəzifəsində çalışan Nazim İsmayılov yaxın günlərdə vəzifədən azad olunacaq. Buna səbəb isə özünün və oğlu Anar İsmayılovun fəaliyyətidir. Hətta Anar İsmayılovla bağlı müvafiq araşdırmaların aparıldığı da iddia olunur. 

Mənbə bildirir ki, icra başçısının dəbdəbəli həyatı və rayondan edilən çoxsaylı şikayətlər onun fəaliyyəti üçün problemə çevrilib: "Bu ilin ortasında bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılovun bununla kifayətlənməyərək doğulduğu Göyçay rayonunda, şəhərin Gənclər Mərkəzinin arxasında oğlu üçün dəbdəbəli villa tikdirməyə başladığı barədə məlumatlar yayıldı. Yuxarı dairələr buna çox sərt münasibət bildirdilər. İcra başçısı hətta buununla bağlı xəbərdarlıq da aldı". 
 
"Göyçayda fəaliyyət göstərən "Çinar” mehmanxanası, "Çinar” şadlıq evi və ətrafındakı obyektlərin də məhz icra başçısının oğlu Anar İsmayılova məxsus olduğu deyilir", - mənbə bildirir.
 Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır
Xatırladaq ki, bu ilin əvvəlində Anar İsmayılovun "Lexus LX 570” markalı avtomobil aldığı barədə də xəbərlər yayılmışdı. Hətta icra hakimiyyətinin başçısının oğlu yeni aldığı maşının fotosunu şəxsi facebook səhifəsində paylaşmışdı. Anar İsmayılovun aldığı həmin maşının qiymətinin isə Azərbaycanda 145-150 min dollara olduğu deyilir. Məlumdur ki, əksər məmur övladları öz "oyuncaq”larını xaricdən sifarişlə gətizdirir. Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir. Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib. 
İlin çox hissəsini ölkə xaricində keçirdiyi deyilən Anar İsmayılov haqqında sosial şəbəkələrdə ilginc məlumat yayılıb.
 
Sabirabadlı gənclərin sosial şəbəkələrdə yaydığı həmin məlumatda deyilir ki, Anar İsmayılovun xaricdə çox zaman keçirməsinin əsl səbəbi heç də onun turist səfərləri ilə əlaqədar deyil. Belə ki, Anar İsmayılovun Türkiyə-Çexiya-Macarıstan "üçbucağında” əntiq malların, xüsusən xalça, qədim məişət əşyalarının və qədim döyüş ləvazimatlarının ticarəti ilə məşğul olduğu deyilir. 
Digər məlumata görə isə Anar İsmayılov Azərbaycana son dəfə avqust ayında gəlib. Həmçinin məlumatda bildirilir ki, Anar İsmayılov atası Nazim İsmayılovun uzun illərdən bəri dövlət büdcəsindən mənimsədiyi vəsaiti xarici ölkələrdə biznesə yatırır. 
Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır
Bu məlumatlar barədə Anar İsmayılovla əlaqə yaratmaq cəhdlərimiz uğurlu alınmadı. 
 
Qeyd edək ki, əntiq malların ticarəti dünyada ən çox inkişaf edən ticarət sahələrindəndir. Əntiq malların dünyada il ərzində dövriyyəsinin 20 milyard ABŞ dollarından çox olduğu vurğulanır.
Sabirabad icra başçısı oğlu üçün tikdirdiyi imarətin izini azdırır
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

Arqument.Az