Qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musanın yardıma ehtiyacı var - FOTOLAR

Qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musanın yardıma ehtiyacı var - FOTOLAR

10-01-2020 16:41 / Bu xəbər 1138 dəfə oxundu

3 yaşlı Musa Yunuslu qan xərçəngindən əziyyət çəkir. 1 ay öncə öncə körpənin boynunda linfaların şişməsini müşahidə edən ailə müayinələrdən sonra xəstəliyin leykoz olduğunu öyrənib.

Musanın anası Zülfiyyə Yunusova "Yeni Müsavata"a bildirib ki, övladının qanında leykosidin miqdarının 30 faiz olduğu aşkarlanan kimi qohumların maddi dəstəyi ilə Türkiyəyə üz tutublar: "Başımızı itirmiş halda borc-xərclə Ankaradakı Lösante xəstəxanasına getdik. Əlimizdə olan pul yalnız müayinələrə və analizlərə çatdı. Xəstəxananın baş həkimi professor Əhməd Emin Kürəkçi tərəfindən övladım müayinə olundu və vaxt itirmədən müalicəyə başlamağımızı tövsiyə etdi. Müalicə proseduru ailəmizin imkanı xaricində olduğu üçün çarəsiz vəziyyətdə Bakıya qayıtmalı olduq. Hər saat övladımın əleyhinə işləyir, leykosidi nizamda saxlamaq üçün Talassemiya Mərkəzində müalicəyə başlamalı olduq".

Ananın dediyinə görə, diaqnoz T hüceyrəli leykoz olduğundan müalicə ilik transplantasiyası ilə nəticələnməlidir: "Xəstəliyin ilik nəqli olmadan sırf müalicə üsulu ilə sağalması təkcə Allahın əlindədir. Həkimlər bu mürəkkəb xəstəliyin ixtisaslaşmış xəstəxanalarda müalicə olunmasını tövsiyə edirlər. Müalicə illərlə davam etməli olduğundan bu periodda sağlam hüceyrələrin sıradan çıxması mümkündür. Bu səbəbdən mütəxəssislər övladımın Türkiyə, Belarus, İsrail və digər ölkələrdə müalicəsinin daha effektiv olacağını bildirirlər. Özüm evdar qadınam, həyat yoldaşım sürücüdür, Musadan başqa 11 və 9 yaşlı iki qızım var. Qaynanamgillə birgə yaşayırıq, ailəmizin əlavə gəlir mənbəyi yoxdur. Xeyirxah insanlardan ailəmizin bu çətin vaxtında bizə yardım etməsini xahiş edirəm. Hələ kövrək addımlarını atan balamın həyatı doya-doya yaşaması üçün hər kəsdən kömək əlini əsirgəməməsini rica edirik”.

Kəskin limfoblastik leykemiyadan əziyyət çəkən Musanın sağalması üçün təcili xaricə aparmaq lazım olduğundan ailə imkanlı şəxslərdən yardım göstərməsini xahiş edir.

Əlaqə: 070 348 95 99 (atası Yunusov Araz)
Bank rekvizitləri (Kapital Bank):

KOD - 201218
VÖEN - 9900003611
M/H - AZ37NABZ01350100000000001944
SWIFT - AIIBAZ2X
HESABLAŞMA HESABI - AZ46AIIB45010019440297471208
Kart hesabı - 38810944006170130208