Qara xəbər gəldi: 19 futbolçu, 21 jurnalist həlak oldu - YENİLƏNİB (FOTO/VİDEO)

Qara xəbər gəldi: 19 futbolçu, 21 jurnalist həlak oldu - YENİLƏNİB (FOTO/VİDEO)

29-11-2016 14:57 / Bu xəbər 1592 dəfə oxundu

Boliviyadan Kolumbiyanın Medellin hava limanına hərəkət edən təyyarə qəzaya uğrayıb. 

Fanat.Az xəbər verir ki, təyyarədə 72 sərnişin və 9 ekipaj üzvü olduğu bildirilir.

Yerli mətbuatın məlumatına görə, təyyarə Braziliyanın "Şapekoense" klubunun üzvlərini daşıyırmış. Hələlik təyyarədə sağ qalanın olub-olmadığı bilinmir. 

AFP xəbər agentliyinə danışan rəsmi şəxs komanda üzvlərinin təyyarədə olduğunu təsdiq edib. "Şapekoense" üzvləri Cənubi Amerika turnesi çərçivəsində Medellin şəhərində "Atletiko Nasional"la qarşılaşmaya gedirmiş.

Qeyd edək ki, "Neftçi"nin sabiq kapitanı Flavinyo ötən mövsüm bu klubda çıxış edib.

***

"Reuters"in məlumatına görə, qəza yerinə çatan xilasedicilər sağ sərnişinləri çıxardıb. İlkin məlumata görə, 6 nəfər qəzadan sağ çıxıb. Ölənlərin olduğu bildirilsə də, onların dəqiq sayı açılmır.

***

"Associated Press" agentliyi xəbər verir ki, qəzadan öncə Kolumbiyada güclü yağış yağıb və fırtına olub. Başqa bir məlumata görə isə qəzanın səbəbi yanacaq satışmamazlığıdı.

***

Təyyarə qəzasında ölənlərin sayı açıqlanıb. Məlumata görə, 81 nəfərdən 76-sı həlak olub, 5 nəfər xilas edilib. Yaralılar xəstəxanalara yerləşdirilib.

Dünya mediasının məlumatına görə, təyyarədə "Şapekoense" klubunun 22 futbolçusu olub. Onlardan 3-ü xilas edilib, 19-u həlak olub.

Bundan başqa təyyarədə klubun 8 rəsmi şəxsi, 3 xüsusi qonağı və 21 jurnalist olub.