"Qarabağ" Madriddə xal qazandı

01-11-2017 02:23 / Bu xəbər 109 dəfə oxundu

Çempionlar Liqasında II dövrəyə start verilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” IV turun ilk oyun günündə meydana çıxıb.
 
Ağdam təmsilçisi səfərdə "Atletiko” ilə görüşüb. 2 qolun vurulduğu oyunda komandalar hərəyə bir xal qazanıb. Bununıa da "Qarabağ" Çemionlar Liqasında ilk səfər xalını qazanıb. Komandalar hərəyə bir qırmızı vərəqə aıb.
 
Çempionlar Liqası
IV tur, C qrupu
31 oktyabr
 
Atletiko (İspaniya) - Qarabağ (Azərbaycan) 1:1
Qollar: Tomas Parte, 56 - Miçel, 40.
Qırmızı vərəqələr: Stefan Saviç, 88 - Pedro Enrike, 59.
Atletiko: 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte ( 22. Nikolas Qaytan, 62), 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro (9. Fernando Torres, 69).
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez.
Baş məşqçi: Dieqo Simeone.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel (22. Əfran İsmayılov, 90+2), 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye (32. Elvin Yunuszadə, 63), 90. Ramil Şeydayev (99. Dani Kintana, 72).
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Stefan Saviç, 32. Fernando Torres, 75) - Rəşad Sadıqov, 9. Yakub Jezniçak, 34.
Hakimlər: Deniz Aytekin, Qvido Kleve, Markus Hakker, Eduard Beytinqer (Almaniya).
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand.
Madrid. "Metropolitano” stadionu.

  

1

Roma

4

2

2

0

8-4

8

2

Çelsi

4

2

1

1

11-7

7

3

Atletiko

4

0

3

1

2-3

3

4

Qarabağ

4

0

2

2

2-9

2