“Qarabağ”ın Avropa Liqasında rəqibləri müəyyənləşdi

“Qarabağ”ın Avropa Liqasında rəqibləri müəyyənləşdi

30-08-2019 17:01 / Bu xəbər 1342 dəfə oxundu

Azərbaycan çempionlarını İspaniya, Kip, Lüksemburq səfərləri gözləyir

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu"Qarabağ” klubunun rəqibləri müəyyən edilib.

Püşkatma "Qarabağ”a İspaniyanın "Sevilya”, Kiprin "Apoel”, Lüksemburqun "Düdelanj” klublarını rəqib edib.

Rəqiblərindən biri olan "Apoel” klubu ilə "Qarabağ” bu il artıq görüşüb. 

Çempionlar Liqasının kvalifikasiya mərhələsində ağdamlılar səfərdə 2:1 hesabı ilə qalib gəlsələr də, sonradan doğma meydanda 0:2 hesabı ilə məğlub olub, mübarizəni Avropa Liqasında davam etdirmək məcburiyyətində qalıb. 

"Apoel” də öz növbəsində Çempionlar Liqasının "pley-off” mərhələsində Hollandiyanın "Ayaks” klubundan zəif olaraq Avropa Liqasının qrup mərhələsinə düşüb.

Digər bir rəqib olan "Düdelanj” isə Avropa Liqasının "pley-off” mərhələsində Ermənistanın "Ararat” klubundan üstün olub. 

Səfər 1:2 hesabı ilə məğlub olan Lüksemburq klubu, öz meydanında eyni hesabla qalib gəlib və oyunsonrası penaltilərlə Ermənistan klubundan üstün olub.

Meydan.Tv