"Qarabağ"ın oyununa azarkeş marağı azalıb (FOTO)

01-10-2015 23:31 / Bu xəbər 2053 dəfə oxundu

Bu gün Bakıda Avropa Liqasının qrup mərhələsində Belçika "Anderlext"ini qəbul edən "Qarabağ"ın oyununa əvvəlki maraq yoxdur. 
 
"Report” xəbər verir ki, 32 min azarkeş tutumuna malik olan Tofiq Bəhramov adına Respublika Stadionuna təxminən 25 min fanat gəlib.

Arenada daha çox azarkeş stadionun Qərb və Şərq sektorlarında əyləşiblər. Buna səbəb isə həmin sektorlarda biletlərin qiymətinin daha ucuz - 2, 3 və 5 manata olmasıdır. Şimal-Şərq və Şimal-Qərb, eləcə də VİP C və D sektorları yarıyadək boşdur. Bu isə həmin sektorlarda qiymətlərin daha baha - 8, 10, 15 və 20 manata olması ilə əlaqədardır.

Azarkeşlər daha çox ucuz qiymətə olan yerlərə üstünlük veriblər.