Qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB

Qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB

09-03-2017 17:23 / Bu xəbər 2961 dəfə oxundu

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alanlardan daha bir neçəsinin adı məlum olub.
 
APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər - Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məhəd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Şair qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas Esmalı, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzdə Aydan Zahir qızı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 
***
 
Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.
 
Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.
 
Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.
 
Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.
 
Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.  
 
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
 
Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb. 
  
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü  yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. 

***
 
Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb. 
 

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 6 nəfəri Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

***

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir. 

APA-nın xəbərinə görə, ölənlərin hər ikisi tələbədir.
 
İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.
 
Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.
 
 
***
 
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
 
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
 
Yolda avtomobillərin sıxlığı yaranıb.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü  yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
 
İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

Arqument.Az