"Azərsu" 212 mindən çox insanı susuz qoydu

28-06-2019 15:51 / Bu xəbər 1278 dəfə oxundu

212 mindən çox əhalisi olan rayon iki gündür ki, susuz qalıb 

Bakının Suraxanı rayonu ərazisində içməli suyun verilməsində problemlər yaşanır.

Bu barədə Toplum.Tv-yə sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, rayonun Hövsan, Əmircan və Qaraçuxur qəsəbələrində iki gündür ki, işməli su kəsilib. 

"Azərsu" ASC-dən isə Toplum.Tv-yə bildiriblər ki, problem suyun təzyiqi ilə bağlıdır. 

Qurumdan gün ərzində problemin həll olunacağı bildirilsə də, konkret vaxt deyilməyib.

Sakinlər isə tez-tez belə problemlə üzləşdiyini deyiblər.