Qorxmaz Hüseynov da yola salınır

Qorxmaz Hüseynov da yola salınır

25-04-2018 12:37 / Bu xəbər 3118 dəfə oxundu

Yeni qurumların yaradılması və bəzi məmurların, icra başçısılarının "vurulması” gözlənilir…

Aprelin 21 və 23-də Prezident İlham Əliyev Azərbaycanın Nazirlər Kabinetinin yeni tərkibi haqqında iki sərəncam imzaladı.

Yeni hökumətin tərkibində isə Baş nazirin müavinləri İsmət Abbasov, Elçin Əfəndiyev, Abid Şərifov təyinat almayıb. Bakı meri Hacıbala Abutalıbov, keçmiş qaçqınkomun sədri Əli Həsənov baş nazirin yeni müavini təyin edilib.

Kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi, ekologiya və təbii sərvətlər nazirləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrləri postuna yeni təyinatlar olub.

Görünən odur ki, bir neçə nazir – Hüseyn Bağırov, Heydər Əsədov, Səlim Müslümov və Aydın Əliyev "ofsayt”da saxlanıldı. 

Tendensiya.com xəbər verir ki, vəzifədən gedəcək məmurların siyahısı böyükdür. Buraya indiyə qədər işini doğrultmayan məmurlar və icra başçıları daxildir. Əsasən də, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynovun yola salınacağı gözlənilir. 

Onun fəaliyyətində ciddi nöqsanların olduğu iddia olunur, hətta bu qurumda yoxlamaların aparılması da istisna edilmir.

"Azərsu” ASC-dən münasibət öyrənmək mümkün olmayıb.