Qubad İbadoğlu: "3 cür yalan var: yalan, ağ yalan və bir də statistika"

Qubad İbadoğlu:

15-09-2019 01:23 / Bu xəbər 520 dəfə oxundu

İqtisadçı ekspert Qubad  İbadoğlu  Dövlət Statistika Komitəsinin əhalinin xərclərinə dair rəsmi açıqlamasını tənqid edib.

O bildirib ki, Dövlət Statistika Komitəsi (DSK) yalan məlumatlar yayır: "3 cür yalan vardır: "yalan, ağ yalan və bir də statistika". Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamasına görə, Azərbaycan əhalisi bu ilin 8 ayında ərzaq məhsullarına 11 milyard 78 milyon manat, toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 milyard 343 milyon manat, işki və tütün məmulatlarına 1 milyard 139 milyon manat, avtomobil yanacağına 1 milyard 337 milyon manat xərcləyib. Bütün bu xərcləmələr cəmi ticarət dövriyyəsinin 75 faizinə qədərini təşkil edib. 

"Rəsmi statistik məlumatlardan belə çıxır ki, əhali gəlirlərinin hər 4 manatında 3-nü yeməyə, geyməyə, işməyə və gəzməyə sərf edir. Deməli, DSK-nın məlumatlarına inansaq, Azərbaycan əhalisi yeyib-içib, geyinib-gəzməklə məşğuldur. Digər tərəfdən də Vergilər Naziri "Vergi siyasəti və şəffaflq" konfransında çıxış edərkən bildirib ki, Azərbaycan Statistika Komitəsinin pərakəndə ticarət dövriyyəsinin dair rəqəmlərlə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq mövcuddur. İndi görün ki, rəsmi statistika mövcud gerçəkliyi necə təhrif etməklə məşğuldur. Məşhur ingilis siyasətçisi Benjamin Dizraelinin XİX əsrdə dediyi 3 cür yalan vardır: yalan, ağ yalan və bir də statistika" deyimi bu gün Azərbaycanda əsl həqiqəti ifadə edir", - iqtisadçı bildirib.