Qurban Qurbanov milliyə baş məşqçi təyin edildi

Qurban Qurbanov milliyə baş məşqçi təyin edildi

03-11-2017 12:03 / Bu xəbər 6660 dəfə oxundu

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.

Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında verilib. 

45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"a rəhbərlik edir. O, yığmanın sükanı arxasında xorvatiyalı Robert Prosineçkini əvəzləyib.