Qurban Qurbanov yeni transferi təqdim etdi

Qurban Qurbanov yeni transferi təqdim etdi

18-06-2016 13:47 / Bu xəbər 2148 dəfə oxundu

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. 

Qaynarinfo.az xəbər verir ki, dünən Ağdam komandasının ilk məşqi fitnes zalında baş tutub. 

Günün ikinci məşqi isə yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə 20:45) meydançada baş tutub. Komandanın axşamkı məşqi yağışlı hava şəraitində davam edib. Məşqdən öncə futbolçularla kiçik toplantı keçirən baş məşqçi Qurban Qurbanov onlara uğurlar arzulayıb və yeni transfer Arif Daşdəmirovu komandaya təqdim edib. 

Toplanışa qoşulan Rişard Almeyda, Reynaldo Silva və Miqel Madera da axşam məşqində iştirak edib. 

Məşqə yüngül fiziki hazırlıqlarla başlayan komanda daha sonra isə kross qaçışı ilə çalışmalarını davam etdirib. Sonda futbolçular toplu çalışmalardan yararlanıb.