Rabitə Nazirliyinin 22 səlahiyyətli nümayəndəsi işdən çıxarıldı

Rabitə Nazirliyinin 22 səlahiyyətli nümayəndəsi işdən çıxarıldı

21-05-2016 23:31 / Bu xəbər 594 dəfə oxundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr və struktur dəyişiklikləri davam edir.

Nazirliyin 22 regional səlahiyyətli nümayəndəsi tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, həmin struktur vahidləri ləğv olunub.

Həmin səlahiyyətli nümayəndələrin funksiyası nazirliyin strukturuna daxil olan regional qurumların fəaliyyətinə nəzarət etmək olub.

(apa)