Ramiz Mehdiyev vəzifəsindən azad edildi

Ramiz Mehdiyev vəzifəsindən azad edildi

23-10-2019 16:46 / Bu xəbər 2983 dəfə oxundu

Prezident Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Prezidentin digər sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev  Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə "Heydər Əliyev” ordeni ilə təltif edilib. 
 
O, Prezidentin başqa bir fərmanı ilə fərdi qaydada Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına üzv təyin olunub.