ReAL partiyasının daha bir üzvü həbs edilib (Yenilənib)

ReAL partiyasının daha bir üzvü həbs edilib (Yenilənib)

30-05-2018 18:54 / Bu xəbər 2394 dəfə oxundu

Polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə ReAL partiyasının daha bir üzvü, Ərəstun Əlizadə Yasamal rayon məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs edilib. 

***

Partiya fəalı 30 sutkalıq azadlıqdan məhrum edilib.

Nəsimi Rayon Məhkəməsi mayın 30-da ReAL partiyasının üzvü Nəriman Mücahid İsmayıl haqda inzibati hökm çıxarıb.

O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə ittiham olunaraq 30 sutka azadlıqdan məhrum edilib.

Bu barədə ReAL-dan Meydan TV-yə deyiblər.

İttihama görə, polis Nəriman Mücahid İsmayıla yerə niyə zibil atmasını sual edib və o, buna müqavimət göstərib.

Mayın 29-da ReAL İdarə Heyətinin üzvü Azər Qasımlı 30 sutka, bugün isə Elmin Həmzə 25 sutka azadlıqdan məhrum ediliblər.

Digər ReAL üzvü Ərəstun Əlizadə isə hazırda Yasamal Rayon Məhkəməsindədir.

ReAL üzvləri həbslərin səbəbini mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Bakının mərkəzində tədbirlə əlaqələndirirlər.