REAL qurultay üçün bu yerləri istədi... - SİYAHI

REAL qurultay üçün bu yerləri istədi... - SİYAHI

14-11-2017 17:39 / Bu xəbər 1664 dəfə oxundu

Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu 1-ci təsis qurultayının keçirilməsi üçün yenidən bir sıra yerlərə müraciət edib. 

ReAL-ın mətbuat xidmətindən Arqument.Az-a verilən məlumata görə, 1-ci təsis qurultayının keçirilməsinə yer ayrılması və kirayələnməsi üçün aşağıdakı qurumlara müraciət edilib: 

1. Bakı Şəhər İcra Hakimiyyəti
2. Azərbaycan Dövlət Opera və Balet Teatrı
3. Beynəlxalq Mətbuat Mərkəzi 
4. "Pullman Baku" Oteli 
5. "Park Inn" Otel
6. "Hyatt Regency" Oteli 
7. "The Landmark Baku" Oteli

Məlumatda qeyd edilir ki, Bakı şəhəri Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayına edilən müraciətə də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən heç bir cavab verilməyib. 

BŞMTBİ-nə edilən müraciətdə qurultayın noyabrın 4,5,11,12,18,19,25,26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkün olduğu göstərilib. 

Arqument.Az