REAL-çıya ailəsi ilə danışmaq imkanı yaradılmır

REAL-çıya ailəsi ilə danışmaq imkanı yaradılmır

09-03-2017 18:39 / Bu xəbər 1391 dəfə oxundu

''Rahim Şalıyevə ailəsinin gətirdiyi ərzaq və digər məhsullar verilmir''

Sumqayıt Polis İdarəsinin Müvəqqəti Saxlanma məntəqəsində olan REAL üzvü, bloger Rahim Şalıyevə ailəsinin gətirdiyi ərzaq və digər məhsullar verilmir. Ona ailəsi ilə telefonla danışmaq imkanı da yaradılmır. 

Məlumatı Meydan TV-yə onun vəkili Yalçın İmanov verib.

Vəkilin deməsinə görə, ötən həftə də R. Şalıyevin yaxınları ona ərzaq bağlaması aparıb. Ancaq polis idarəsində həmin məhsulları qəbul etməkdən imtina edilib: 

"Məsələ ilə bağlı idarəyə müraciət etdim. Onlar ərzaq bağlamasını qəbul edəcəklərini söylədilər: "Amma məhbusların danışdıqları telefonlar xarab olub. Gərək, DİN-dən usta gəlsin, düzəltsin, ondan sonra danışmaq mümkündür”, - dedilər. Çox absurd və gülməli cavabdır".  

Rahim Şalıyev fevralın 20-də polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka azadlıqdan məhrum edilib.