Redaktor müavininin xanımı və qızı intihar edib

Redaktor müavininin xanımı və qızı intihar edib

15-06-2019 14:08 / Bu xəbər 735 dəfə oxundu

İyunun 14-də gündüz saatlarında paytaxtın Yasamal rayonunda Xədicə adlı 19 yaşında qız, ardınca isə anası – 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva yaşayış binasının 10-cu mərtəbəsindən özünü atıb.

Bakı şəhər Prokurorluğunun məlumatına görə, faktla bağlı CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Ekspertizalar təyin edilib.

Bəzi mənbələrə görə, həlak olanlar Prezident Administrasiyasının İşlər İdarəsinin "Respublika” qəzetinin redaktor müavininin həyat yoldaşı və qızıdır.

TURAN