Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu nə bağlayır: biznes yoxsa?..

Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu nə bağlayır: biznes yoxsa?..

25-09-2017 09:40 / Bu xəbər 2906 dəfə oxundu

Rəfael Mehrəliyevlə Vidadi Zeynalovu bağlayan qohumluq və biznes telləri: BŞİH-nin Departament rəhbərinin ilginc dosyesi…

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həbsindən dərhal sonra mətbuat səhifələrində Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfael Mehrəliyevin də bilavasitə iştirak etdiyi bir çox iri miqyaslı maxinasiyalar barədə açıqlamalar yer almağa başlayıb. 

Bu yazılardan biri də savash.orgda dərc olunub. 

Sayt R.Mehrəliyevin biznes şəbəkəsi və Vidadi Zeynalovla əlaqələləri barədə maraqlı məlumat yayıb. 

Rəfael Mehrəliyevlə Vidadi Zeynalov necə qohumdur?

Rafael Mehrəliyev dəfələrlə Vidaid Zeynalovla qohum olduğunu boynundan atsa da, hakimiyyət daxilində hər kəs yaxşı bilir ki, məhz Mehrəliyevin paytaxt meriyasında əsas gəlir sahələrindən birinə yiyələnməsini vaxtı ilə yaxın qohumu Vidadi Zeynalov təşkil etdirib. Bildirək ki, Rafael Mehrəliyevin qardaşı Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyev Vidadi Zeynlovun bacısının həyat yoldaşıdır. Məhz Mübariz Mehrəliyevin də rəis vəzifəsinə qədər irəliləməsində vaxtı ilə qaynının böyük əməyinin olduğu deyilir.

Mübariz Mehrəliyevin gizli əməlləri

Mübariz Mehrəliyev 2015-ci ilin əvvələrində Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə polis sıralarından qovulub. Mübariz Mehrəliyevin vəzifədən atılmasının səbəbi isə, həm onun, həm də qardaşı Rafael Mehrəliyevin adının Vidadi Zeynalovun cinayət işində hallanması olub. Verilən məlumata görə Vidadi Zeynalovun cinayət işində onun ən yaxın ailə üzvləri və ətrafı arasında əsas gözə çarpan şəxslər məhz Mehrəliyev qardaşlarıdır. Rafael Mehrəliyev Prezdentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun dəstəyi ilə Vidadi Zeynalov cinayətindən zorla qurtulsa da, qardaşı Mübariz Mehrəliyev vəzifəsi ilə vidalaşmalı olub. 
Mənbə bildirir ki, Vidadi Zeynalov həbsə girdikdən sonra özünün bir çox biznes qurumlarını məhz Mübariz Mehrəliyevin idarəsinə verib. Bundan başqa Vidadi Zeynalovun həbsdən azad olunmaq üçün dövlətə dəyən ziyanı ödəmək şərti ilə azadlığa çıxmaq barədə danışıqları isə hakimiyyət dairələri ilə Rafael Mehrəliyev aparıb. Ancaq yuxarıda qeyd etdiyimiz kimi danışıqlar nəticəsiz qalıb.

Vidadi Zeynalovla Mehrəliyev qardaşlarının Türkiyə biznesi

Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev polis orqanlarından qovulandan sonra Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. Savash.org olaraq media üzərindən apardığımız araşdırmalar onu göstərir ki, Mübariz Mehrəliyev qaynı Vidadi Zeynalovun və qardaşı Rafael Mehrəliyevin, həmçinin digər qohumu Bakı Şəhər icra Hakimiyyətində "tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub. Rafael Mehrəliyev isə, həm öz pullarını, həm də Zeynalovun pulllarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb. Mübariz Mehrəliyev qardaşı üçün İstanulda böyük bir restoran, bir neçə bahalı ev və şirkəti üçün 2 mərtəbəli ofis alıb. Həmin ofisdə Rafael Mehrəliyevlə Vidadi Zeynalovun şərikli turizm şirkətinin fəaliyyət göstərəcəyi ehtimal olunur. Həmçinin Azərbaycanın sərvətini talayaraq ölkədən çıxaran talançı qohumlar Bodrum və Antalya şəhərlərində torpaq sahəsi aldıqları və burada böyük bir istirahət kompleksi tikdirmək üçün işə başladıqları məlum olub. Artıq hər iki şəhərdə tikinti işlərinə başlanılıb. Bundan başqa korrupsioner azərbaycanlı məmurların İsnabulun əh bahalı rayonlarından olan Beykozda və üçüncu boğaz körpüsü yaxınlığında böyük torpaq sahələri də aldıqları məlum olub.

Eldar Şirinov kimdir və ya yeznə niyə cəzalandırılıb?

Rafael Mehrəliyev komandasında xüsusi gəlir məqamlarından biri də çoxsaylı tikinti şirkətlərinə sahib olan yeznəsi Eldar Şirinovdur. Bu şirkətlər keçən ilədək Bakı şəhər İH-nin tenderlərinin qalibləri olublar. Əsas tikinti tenderləri Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçaları tikilib. Bu il Rafael Mehrəliyevin göstərişi ilə Eldar Şirinova tender verilməyib. Çünki, E.Şirinov Rafael Mehrəliyevin ailə biznesinin oyun qaydalarını pozub. Hətta "Baksovet”dəkilərin dili ilə desək, Rafael Mehrəliyev yeznəsi E.Şirinovu cərimə meydançasına çəkib və bu metodla ona cəza növü seçib. Bu il onun əvəzinə Suraxanı rayonunun tikinti tenderlərinin qalibləri Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevə yaxın olan şirkətlər olub. Axı niyə E.Şirinov Rafael Mehrəliyev tərəfindən cərimə meydançasına çəkilsin?

Məlumata görə, Eldar Şirinov yaxın adamına Sabunçu qəsəbəsində villa tikdirdiyi üçün Rafael Mehrəliyevin qəzəbinə tuş qəlib. 

Məlumata görə Rafael Mehrəliyev Bakı şəhər İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri vəzifəsinə keçəndə, E.Şirinov bir məclisdə deyib ki, Rafael Mehrəliyevin bu vəzifə üçün səriştəsi çox azdır. Hətta, Eldar Şirinovun bu sözünə görə, Rafael Mehrəliyev yeznəsi ilə altı ay küsülü qalıb. İndi də E.Şirinov öz YAXIN ADAMI üçün tikdiyi villanı Rafael Mehrəliyev görəndən sonra qəzəbini saxlaya bilməyərək E.Şirinovu cəzalandırıb. Ancaq bu cəza növünə baxmayaraq E.Şirinov Bakı şəhər İH-nin tenderlərindən qazandığı milyonlara Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr, Çobanzadə küçəsində yerləşən "Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib, restoranın adını dəyəşərək "Favorit” qoyub. 

"Favorit” restoranı E.Şirinovun yaxın dostu Samir adlı şəxs tərəfindən işlədilir. Bu obyektdən başqa, Balaxanıda Rafael Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun tol, emusiya, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, hətta E.Şirinovun Günəşli qəsəbəsində mebel fabriki də var. Bir sözlə, Bakı şəhər İH-nin tenderləri üçün bu şəxslərin hər bir ləvazimatı hazırdır. Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Vüqar doktorun yeznəsi Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin "Qış” qarajının müdiridir. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər.///aztoday.az