Referendumda seçici fəallığı 69,7 faiz olub - MSK

Referendumda seçici fəallığı 69,7 faiz olub - MSK

27-09-2016 00:14 / Bu xəbər 673 dəfə oxundu

Azərbaycanda Konstitusiyaya dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkə üzrə yekun seçici fəallığı açıqlanıb.
 
APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov keçirdiyi mətbuat konfransında bildirib ki, saat 19:00-a qədər  5 milyon 267 min 111 seçicidən 3 milyon 671  min 707 nəfər səs verib.
 
Beləliklə, referendumda seçici fəallığı 69,7 faiz təşkil edib.

Arqument.Az