Referendumun rəsmi nəticələri açıqlandı

Referendumun rəsmi nəticələri açıqlandı

27-09-2016 13:20 / Bu xəbər 910 dəfə oxundu

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 26-da keçirilmiş referendumda Konstitusiyaya dəyişikliklərinə dair səsverməyə çıxarılmış məsələlərə seçicilərin münasibətini faizlərlə elan edib.

Arqument.Az xəbər verir ki, MSK-nın açıqlamasına görə, 29 dəyişikliyin hamısı səsvermədə dəstəklənib. Dəyişiklikləri dəstəkləmə faizi 83-92 faiz arasında dəyişir.

Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasına seçkiyə qatılanların 92 faizinin müsbət yanaşdığı deyilir. Yaş senzinin 18-ə endirilməsinə isə səsvermədə iştirak edənlərin 91 faizinin «hə» dediyi qeyd edilir.

MSK-nın açıqlamasından belə çıxır ki, xalq torpaqlardan səmərəli istifadə edilməyəcəyi təqdirdə torpaq üzərində mülkiyyətin məhdudlaşdırılmasını də təqdir edir. Referenduma qatılanların 85 faizinin bunu dəstəklədiyi bildirilir.

Vitse-prezidentlik institutunun müdafiəsi də səsvermə iştirakçılarından az səs almayıb. Həmin maddənin müdafiəsinə 89 faizin dəstək verildiyi vurğulanır. 

MSK seçki fəallığının 69.7 faiz olduğunu bildirmişdi.

Arqument.Az