Rəsmi Bakıdan səfirin öldürülməsinə münasibət

Rəsmi Bakıdan səfirin öldürülməsinə münasibət

19-12-2016 23:18 / Bu xəbər 1419 dəfə oxundu

Rəsmi Bakı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetrilməsinə münasibət bildirib. 

Qaynarinfo.Az xəbər verir ki, Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"də qısa açıqlama verib.

"Rusiya səfirinin qətlə yetrilməsi lənətə layiqdir! Bu qanlı terror aktına heç bir bəraət ola bilməz", - deyə Novruz Məmmədov qeyd edib.

PA rəsmisi həmçinin yazıb: "Səfirə süi-qəsd terrorun ən vəhşi formalarından biridir".