Respublikaçı Alternativ qərar verdi: qurultayın vaxtı açıqlandı

Respublikaçı Alternativ qərar verdi: qurultayın vaxtı açıqlandı

25-09-2017 09:49 / Bu xəbər 2104 dəfə oxundu

Respublikaçı Alternativ Hərəkatı oktayabr ayında qurultay keçirəcək. Bundan sonra təşkilat hərəkat kimi yox, partiya kimi fəaliyyət göstərəcək. 

Arqument.Az xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu özünün 24 sentyabr toplantısında Respublikaçı Alternativ Partiyasının I Təsis Qurultayının 2017-ci il oktyabr ayının 29-da keçirilməsi qərarını verib.

"Respublikaçı Alternativ Partiyasının amalı – ölkəmizdə respublika ən-ənələrini, ərazi bütövlüyümüzü bərpa etmək, vətəndaşlarımızın azadlığını və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi dünyagörüşlü, sağlam, bilikli, rəqabətədayanıqlı, açıq və çevik hala gətirməkdir. Biz, partiya olaraq ideyalarımızı hakimiyyətə daşımaq əzmindəyik. Cümhuriyyət dəyərlərini paylaşan və bu yolu bizimlə birgə getmək istəyən vətəndaşlarımızı Azərbaycan Respublikaçılarının yeni qurulacaq Partiyasına üzv olmağa çağırırıq", - məlumatda qeyd olunur.

Məsud
Arqument.Az