Rəsulzadənin doğum günüdür

Rəsulzadənin doğum günüdür

31-01-2018 14:57 / Bu xəbər 1113 dəfə oxundu

Bu gün, yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin 134-cü doğum günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində, tanınmış ruhani ailəsində doğulub.

O, gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. 

M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın-AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə.Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. 

O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib. 

O, mühacirətdə olsa da, ömrünün sonuna kimi müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirib. 

1955-ci il martın 6-da Ankarada vəfat edib.

Bu il mayın 28-də AXC-nin yaranmasının 100 ili tamam olacaq. 

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilib.///azadliq.org