Rəsulzadənin həyat yoldaşının məzarı bərpa olundu

Rəsulzadənin həyat yoldaşının məzarı bərpa olundu

19-12-2017 18:53 / Bu xəbər 2089 dəfə oxundu

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda) Türkiyədə məzarı bərpa olunub.

Bu barədə jurnalist Könül Şamilqızı sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, məzar Azərbaycan Kültür Dərnəyinin dəstəyi ilə bərpa olunub: "Siz bir yola çıxarkən arxanızda birilərinin dağ kimi durduğunu görməkdən daha gözəl heç nə yoxdu. Mən bir təşəbbüs göstərdim və Azərbaycan Kültür Dərnəyi dağ kimi arxamda durdu. Böyük liderimiz Məhəmməd Əmin Rəsulzadənin xanımı Leyla Rəsulzadənin məzarı Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü, Anıtlar Dərnəyinin dəstəyi ilə bərpa edildi". 

"Məzarın sadə olmasını mən istədim. Bir də üstündə həmişə çiçəklər olsun dedim. Bu hadisəyə görə çox xoşbəxt və qürurluyam", - Könül Şamilqızı qeyd edib. 

Arqument.Az